Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşa Ukrayna ilə PUA sahəsində əməkdaşlığa başlayacaq
dünya

Polşa Ukrayna ilə PUA sahəsində əməkdaşlığa başlayacaq

11-09-2025 23:00 24 Views
IMG

Polşa Ukrayna ilə pilotsuz uçuş aparatlarına qarşı sistemlərin yaradılması sahəsində əməkdaşlığa başlayacaq.

Tvit.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Donald Tusk Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib.

“Biz həmçinin Ukrayna ilə pilotsuz uçuş aparatlarına qarşı sistemlər kontekstində sıx əməkdaşlıq edəcəyik. Dünən telefonla danışdığım Vladimir Zelenskinin təklifini məmnuniyyətlə qəbul etdim”, – Tusk mətbuat konfransında deyib.

O, bildirib ki, artıq texniki detallarla bağlı danışıqlar olub. Hazırda bu sahəni ən yaxşı bilən mütəxəssislər, o cümlədən hərbçilər, Ukrayna təcrübəsinin Polşada necə tətbiq edilə biləcəyini müzakirələr edilib.

Aysel Şirinova