Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna NATO-dan Rusiyanı vurmasını istədi
dünya

Ukrayna NATO-dan Rusiyanı vurmasını istədi

10-09-2025 21:00 43 Views
IMG

Kiyev, Polşa və digər NATO ölkələrinin Ukrayna səmasında Rusiya hədəflərini vurmağa başlamasını istəyir.

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga bildirib. 

“O qədər də ləng olmayan bir qərar və biz bunu çox gözləyirik. Rusiya hava obyektlərinin Ukrayna ərazisi üzərində vurulması barədə. Biz bu məsələni qonşularımızla — Rumıniya, Polşa və digər qonşularla müzakirə etmişik”, — deyə o bildirib.

 

Nazir bu təklifi Polşa hava məkanına daxil olmuş 19 tanınmamış pilotsuz uçuş aparatının yaratdığı insidentə cavab olaraq irəli sürüb. Onların zərərsizləşdirilməsi əməliyyatında Polşanın F-16 qırıcıları, Niderlandın F-35 təyyarələri və İtaliyanın AWACS müşahidə təyyarələri iştirak edib.