Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Tehranla növbəti danışıqları üçün hələlik tarix müəyyən edilməyib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, başa çatan üçüncü raundun nəticələri hazırda Tehranda aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir. Yekun qiymətləndirmədən sonra növbəti mərhələ barədə qərar veriləcək.
Elmin Alışov