Pakistanın baş naziri Şahbaz Şərif Çində Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşü konstruktiv və səmimi adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə xariciKİV-lər məlumat yayıb.
“Pekinə davam edən səfərim çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə çox səmimi və konstruktiv görüş keçirdim. 2024-cü ildə Astanada baş tutan son görüşümüzü xoşluqla xatırladıq və qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli münasibətlərimizin pozitiv dinamikasından məmnunluğumuzu ifadə etdik”, – deyə o, X sosial şəbəkəsində yazıb.