Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya üçün Belarusu heç kim əvəz edə bilməz
dünya

Rusiya üçün Belarusu heç kim əvəz edə bilməz

02-09-2025 21:00 37 Views
IMG

Belarus Rusiya üçün əvəzolunmazdır.

Tvit.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

“Siz dediniz ki, bizə Belarusu Rusiyanın əvəzi yoxdur – mən də cavab olaraq demək istəyirəm ki, Belarus da Rusiya üçün əvəzolunmazdır. Dövlətlərarası münasibətlərimiz çox yaxın, şəxsi münasibətlərimiz isə səmimidir”, – deyə Putin bildirib.

Putin, həmçinin, iki ölkə arasında əməkdaşlığın geniş və effektiv xarakter daşıdığını qeyd edib. O, xüsusilə sənaye sahəsində əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran çoxsaylı istiqamətləri vurğulayıb.