Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Kim Çen İn Çində hərbi paradda iştirak edəcək
dünya

Kim Çen İn Çində hərbi paradda iştirak edəcək

28-08-2025 08:00 26 Views
IMG

Şimali Koreya lideri Kim Çen İn Yaponiya təcavüzünə qarşı Çin Xalq Müqavimət Müharibəsində Qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı tədbirlərdə iştirak etmək üçün Pekinə səfər edəcək.


Tvit.az bu barədə “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir.


Parad sentyabrın 3-də baş tutacaq. Paradda milli istehsal olan hərbi texnika nümayiş etdiriləcək. Tədbirdə Rusiya lideri Vladimir Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev də daxil olmaqla 26 xarici dövlət və hökumət başçısının iştirakı gözlənilir.


Elmin Alışov