Amerika lideri Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin potensial ikitərəfli görüşünün baş tutub-tutmayacağının bilinmədiyini deyib.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
"Mən bilmirəm, onlar görüşəcəklər, ya yox. Ola da bilər, olmaya da. Onlar istəyirdilər ki, mən də həmin danışıqlarda iştirak edim. Mən isə onlara dedim: "Bunu özünüz həll etməlisiniz. Bu, sizin işinizdir. Bu, bizə aid deyil’,” — dövlət başçısı bildirib.
Aysel Şirinova