Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna İranla bağlı memorandumu ləğv etdi
dünya

Ukrayna İranla bağlı memorandumu ləğv etdi

21-08-2025 13:00 26 Views
IMG

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasport sahiblərinin vizasız səfərlərinə dair 1993-cü il tarixli Anlaşma Memorandumunu ləğv edib.


Tvit.az xəbər verir ki, bununla bağlı, hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk özünün “Telegram” kanalında məlumat yayıb.


"Ukrayna hökuməti ilə İran İslam Respublikası arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış Anlaşma Memorandumu ləğv edilib", - məlumatda deyilir.


Elmin Alışov