Bütün dünya Rusiya və ABŞ prezidentlərinin görüşünü səbirsizliklə gözləyir.
Tvit.az xəbər verir ki, bu barədə Macarıstan qəzeti yazıb.
“Dünya Donald Tramp və Vladimir Putinin daha bir görüşünü səbirsizliklə gözləyir. Alyaskadakı sammit yalnız (Rusiya–Ukrayna) müharibəsinin dayandırılması üçün deyil, həm də Amerika–Rusiya münasibətlərinin gələcəyi üçün mühüm ola bilər”, - nəşr yazıb.
Qəzet hesab edir ki, hazırkı danışıqlar uğurlu ola və iki ölkənin gələcəyi üçün həlledici rol oynaya bilər.
Aysel Şirinova