Husilər İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər.
Tvit.az xəbər verir ki, bu barədə husilərin rəsmi nümayəndəsi Yəhya Seri Telegram kanalında bildirib.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri əməliyyat keçirib və bu əməliyyat zamanı İsrail Ben Qurion hava limanına “Fələstin-2” hipersəs ballistik raketi ilə hücum edib”, - deyə məlumatda bildirilir.
Elmin Alışov