Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefonla danışıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, telefon danışığında iki ölkə liderləri Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığı müzakirə olunub.
"Hər iki tərəf 2024-cü il iyunun 19-da Pxenyanda bağlanmış Rusiya və KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləyə uyğun olaraq bütün sahələrdə dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına sadiq olduqlarını təsdiqləyiblər", - Kremlin mətbuat xidmətindən bildirilib.
Aysel Şirinova