Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Paşinyan Ərdoğanla danışdı
dünya

Paşinyan Ərdoğanla danışdı

11-08-2025 16:00 20 Baxış
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Tvit.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata əsasən, Paşinyan Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə məlumat verib. Baş nazir xüsusilə, “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında” sazişin ilkin imzalanması, ATƏT-ə Minsk qrupunun buraxılması təklifi ilə bağlı birgə müraciət, eləcə də ərazi bütövlüyü, suverenlik və qarşılıqlılıq prinsipləri əsasında regional kommunikasiya xətlərinin açılması yanaşmaları barədə məlumat verib.

Bundan başqa, erməni–türk gündəliyi və əvvəllər əldə olunmuş razılaşmaların icra vəziyyəti müzakirə olunub.

Aysel Şirinova