Bu gün İran xarici işlər naziri Abbas Əraqçı və misirli həmkarı Bədr Əbdülati telefon danışığında ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Tvit.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Qəzzadakı ağır vəziyyətə diqqət çəkilərək, bu bölgəyə humanitar yardımın dərhal çatdırılması üçün müsəlman ölkələrinin birgə addımlar atmasının vacibliyi vurğulanıb.
Tərəflər, habelə Livandakı vəziyyəti müzakirə edərək, daxili gərginlikdən yayınmağın, İsrailin Livana hücumlarının dayandırılmasının vacibliyini qeyd ediblər.
Elmin Alışov