Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial MİQ-də vakant yerlərin gizlədildiyi ilə bağlı şikayətlər artmaqdadır - VİDEO
sosial

MİQ-də vakant yerlərin gizlədildiyi ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

08-08-2025 11:00 27 Baxış
IMG

Müəllimlərin işə qəbulu üzrə təsviri incəsənət fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. Ölkə üzrə cəmi 13 vakant yer açıldığı deyilir

"Tvit.az" xəbər verir ki, bu şikayətlə bir qrup müəllim "Xəzər Xəbər"ə müraciət ediblər. Onlar iddia edirlər ki, builki imtahanlarda təsviri incəsənət fənni üçün vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub.

Agcabədi rayon taxtakörpü qəsəbəsində yaşayan İsmayıl Məmmədovun sözlərinə görə, problem təkcə təsviri incəsənət fənni üzrə deyil.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən vakansiya seçimi ilə bağlı bildirildi ki, namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb. Bununla yanaşı qeyd olunub ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcək.