Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Livan İsrailin onun ərazisinə hücum etməsindən qorxur
dünya

Livan İsrailin onun ərazisinə hücum etməsindən qorxur

07-08-2025 14:00 29 Baxış
IMG

Livan xüsusi xidmət orqanları İsrail bölmələrinin Suriya ərazisindən ölkənin şərqinə daxil ola biləcəyindən ehtiyat edirlər.

Tvit.az xəbər verir ki, bu barədə BƏƏ-nin The National qəzeti Livan təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Livan xüsusi xidmət orqanları İsrail hərbçilərinin Suriya ərazisində yerləşən, Livan-Suriya sərhədindən cəmi 10 km uzaqlıqda yerləşən strateji əhəmiyyətli Katana şəhərində hərəkətini qeydə alıblar.

“Bu, Livan üçün çox ciddi təhdiddir. Təhlükəsizlik qüvvələri ehtiyat edirlər ki, İsrail orada öz qüvvələrini artıra və Livana basqınlara başlaya bilər”, – qəzet yazıb.

Aysel Şirinova