Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstanlı deputat Cenifer Lopezin geyiminə şərh bildirdi
dünya

Qazaxıstanlı deputat Cenifer Lopezin geyiminə şərh bildirdi

04-08-2025 19:00 21 Baxış
IMG

Qazaxıstan hökümətinin deputatı Saule Samidin Cennifer Lopezin Astanada verdiyi konsertdə geyindiyi açıq-saçıq libaslar barədə fikir bildirib.

Tvit.az xəbər verir ki, müvafiq paylaşım onun Threads səhifəsində yer alıb.

Deputatın sözlərinə görə, onun 16 yaşlı qızı dünya ulduzunun Birləşmiş Ərəb Əmirliklərində səhnəyə mədəniyyətə hörmət əlaməti olaraq qapalı geyimdə çıxdığını bildirib.

“Biz Əmirlik deyilik və bizim fərqli dəyərlərimiz var. Amma yenə də bizim öz mentalitetimiz var və bəlkə də bəzi obrazları yerli auditoriyaya uyğunlaşdırmaq olardı”, – Samidin qeyd edib.

Qeyd edək ki, 56 yaşlı ifaçı konsert zamanı bir neçə obraz nümayiş etdirib. Onların arasında gümüşü və qara dəri bodi, dərin dekolte, zəncirlər və ayaqlar üçün yüksək yarıqlı geyim də olub.

Aysel Şirinova