Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ əhalisi Trampı günahlandırıb
dünya

ABŞ əhalisi Trampı günahlandırıb

01-08-2025 22:00 38 Baxış
IMG

ABŞ ailələrinin yarıdan çoxu maliyyə çətinliklərinə görə ABŞ prezidenti Donald Trampı günahlandırır.
Tvit.az xəbər verir ki, bu barədə konsaltinq qrupu "Morning Consult"-un sorğusuna istinadən məlumat yayılıb.

“Amerika ailələri maliyyə çətinlikləri ilə üzləşir və on nəfərdən altısı gündəlik xərclərinin artmasına görə Donald Trampı günahlandırır”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini 4,25–4,5% səviyyəsində saxlayıb.

Həmçinin Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell bildirib ki, qurum hələ sentyabr ayında baza dərəcəsinin mümkün azaldılması ilə bağlı proqnoz verməyə hazır deyil.

Aysel Şirinova