Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyaya 30 minə yaxın qanunsuz sanksiya tətbiq edilib - Medvedev
dünya

Rusiyaya 30 minə yaxın qanunsuz sanksiya tətbiq edilib - Medvedev

31-07-2025 15:00 37 Baxış
IMG

Rusiya Federasiyasına qarşı təxminən 30 min qanunsuz sanksiya tətbiq edilib.

Tvit.az xəbər verir ki bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Ölkəmizə qarşı müxtəlif dövlətlər tərəfindən, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi çərçivəsində deyil, birtərəfli qaydada və ya bir neçə ölkənin qərarı ilə qəbul edilmiş təxminən 30 min qanunsuz sanksiya qüvvədədir. Aydındır ki, belə bir siyasət dünya ticarəti sisteminin bütövlükdə disbalansına gətirib çıxarır”, – deyə Medvedev bildirib.

O vurğulayıb ki, bu cür davranışlara qarşı mübarizə aparmaq üçün ölkələr arasında üfüqi əlaqələri möhkəmləndirmək lazımdır:

“Bundan az əhəmiyyətli olmayan məsələ isə çoxtərəfli ticarətin qarşılıqlı təşviqi, onun logistika və maliyyə təminatının qurulmasıdır”, –  Medvedev əlavə edib.

Aysel Şirinova