Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranda neft anbarı yenidən yandı
dünya

İranda neft anbarı yenidən yandı

30-07-2025 17:00 50 Baxış
IMG

Bu gün Tehrandakı Şəhran neft anbarında yanğın baş verib. Hadisə nəticəsində anbarın ətrafında qara tüstü olduğu müşahidə edilib. 


Tvit.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.


Məlumata görə, anbarda 12 günlük müharibə zamanı İsrailin hava hücumlarında zədələnən neft çənləri olub. Çənlərin dibində yığılmış neft tullantıları tüstünün yaranmasına səbəb olub. 


Qeyd olunub ki, yanğının təkrar baş verməsi və anbarın durumu narahatlıq doğurur. Hazırda yanğınla bağlı ətraflı məlumat toplanır və zərər qiymətləndirilir. 


Elmin Alışov