Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda istilik tarifləri artırıldı
sosial

Azərbaycanda istilik tarifləri artırıldı

30-07-2025 14:00 116 Baxış
IMG

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri müəyyənləşib.

"Tvit/az" xəbər verir ki, “Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif (qiymət) Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi tənzimlənib.

“Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilmiş istilik təchizatı xidmətinin maya dəyəri 1 m² sahə üçün aylıq 1,10 manat təşkil edir. Lakin bu sahə üzrə mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Qeyd edək ki, hazırda alternativ isitmə variantlarından istifadə edən əhalinin 1 m² sahənin 1 aylıq xərci isitmə növlərindən asılı olaraq, 1 manata qədər dəyişir.

“Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat” ASC-nin dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaqdır.

Qərar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarına uyğun olaraq, dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcəkdir.