Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Görüşlə bağlı yaxşı təssüratlar var" - Amerika lideri
dünya

"Görüşlə bağlı yaxşı təssüratlar var" - Amerika lideri

29-07-2025 21:00 45 Baxış
IMG

ABŞ nümayəndə heyətinin rəhbəri, maliyyə naziri Skott Bessent İsveçdə Çin Xalq Respublikasının nümayəndələri ilə aparılan ticarət danışıqlarını çox yaxşı qiymətləndirir.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərlə müsahibəsində bildirib.

“Mən indicə Skott Bessentlə telefonla danışdım. Onlar Çinlə çox yaxşı görüş keçiriblər”, – deyə ABŞ lideri bildirib.

Onun sözlərinə görə, ABŞ maliyyə naziri 30 iyulda ona danışıqların detalları barədə məlumat verəcək.

 “Biz ya rüsumların tətbiqinin təxirə salınması barədə razılaşmanın uzadılmasını təsdiqləyəcəyik, ya da yox. Amma onun görüşlə bağlı çox yaxşı təəssüratları var”, – Tramp vurğulayıb.

Aysel Şirinova