Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qəzzaya humanitar yardım üçün hava körpüsü yaradıldı
dünya

Qəzzaya humanitar yardım üçün hava körpüsü yaradıldı

28-07-2025 20:00 36 Baxış
IMG

Almaniya İordaniya ilə əməkdaşlıq edərək Qəzza zolağının sakinlərinə humanitar yardım göstərmək üçün “hava körpüsü” yaradacaq.

Tvit.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Almaniyanın əsas nazirlikləri və təhlükəsizlik qurumlarının rəhbərlərinin iştirakı ilə qeyri-rəsmi qurum olan Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib.

"Almaniya hökuməti İordaniya ilə əməkdaşlıq edərək, humanitar yardımın çatdırılması üçün dərhal Qəzza üzərində "hava körpüsü" yaradır. Müdafiə naziri Boris Pistorius öz hərəkətlərini Fransa və Böyük Britaniya ilə yaxından əlaqələndirəcək, onlar da qida və dərman üçün belə bir "hava körpüsü" təqdim etməyə hazırdırlar", - Merz bildirib.

O, Qəzzada dinc əhalinin çəkdiyi əzablara ən qısa zamanda son qoymaq istədiklərini bildirib.

Aysel Şirinova