Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək
sosial

Bu şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək

28-07-2025 17:00 39 Baxış
IMG

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, qızıl otağının operatorları və emal, qırma, daşıma, eləcə də metallurqlar həmin siyahıya əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.