Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yaponiyada zəlzələ OLDU
dünya

Yaponiyada zəlzələ OLDU

28-07-2025 15:00 38 Baxış
IMG

Yaponiyada 5.3 bal gücündə zəlzələ qeydə alınıb.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Məlumata əsasən, seysmik təkanlar Hokkaydo adasının şimalında, Hidaqa dağlıq bölgəsində hiss olunub. Bildirilir ki, zəlzələnin episentri adanın cənubunda, Tokaxi yaxınlığında yerləşib. Zəlzələ ocağı 50 kilometr dərinlikdə olub.

Seysmik aktivlik adanın digər bölgələrində də müşahidə edilib. Urakava və Sarabetsu şəhərlərində 4 bal gücündə, Hiqasi, Sapporo, Abira, Titosə şəhərlərində və Şiraoi, Atsuma qəsəbələrində isə 3 bal gücündə  hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Aysel Şirinova