Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Bu amillər xarici dildə sərbəst danışmaq üçün faydalı deyil" - AÇIQLAMA
sosial

"Bu amillər xarici dildə sərbəst danışmaq üçün faydalı deyil" - AÇIQLAMA

28-07-2025 14:00 97 Baxış
IMG

Xarici dil öyrənmək dövrün ən vacib tələblərindən biri hesab olunur. Yeni bir dil öyrənmək insanın dünya görüşünü və karyera seçimində rəqabət üstünlüyünü artırır. Lakin günümüzdə gənclərin əksəriyyəti xarici dil öyrənməkdə çətinlik çəkir, bir sıra kurslara müraciət etsələr də, istədikləri nəticəni əldə edə bilmirlər. Bəs buna səbəb nədir?


Məsələ ilə bağlı Tvit.az-a danışan dil mütəxəssisi Vüqar Məmmədov bildirib ki, dilin mənimsənilməsi və öyrənilməsi fərqli anlayışlardır. 

“Uşaq anadan olandan məktəbə gedənə kimi mənimsəmə dövrünü keçir, lakin dilin öyrənilməsi prosesi isə məktəblərdə baş verir. Yəni dilin strukturu, cümlələrin qrammatik quruluşu, morfologiyası, sintaksisi və s. Və hər bir insan dili öyrənməyə başlayarkən birbaşa məktəbin keçdiyi dövrü keçir. Yəni məktəblərdə, universitetlərdə qrammatik biliklər verilir, çoxlu sözlər öyrədilir. Təbii ki, bütün bu amillər də ingilis dilində sərbəst danışmağa və başa düşməyə heç bir fayda vermir”.

Vüqar Məmmədovun sözlərinə görə, ingilis dilini öyrənmək üçün çoxlu praktika etmək lazımdır. Xarici dildə yaxşı danışmaq və başa düşmək üçün uşaqlar kimi öyrənmək, yəni dinləmək və danışmaq lazımdır


Elmin Alışov