Rusiya bu “Soyuz” raketi ilə İranın “Nahid-2” rabitə peyki və iki Unisphere-M meteoroloji peyki də daxil olmaqla ümumilikdə 20-yə yaxın kosmik aparatı Yerin orbitinə çıxarıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təxminən 110 kiloqram çəkisi olan “Nahid-2” peyki 500 kilometr yüksəklikdə orbitə yerləşdirilib. İran Kosmik Agentliyinin rəhbəri Həsən Salariye peykin istismar müddətinin iki il olduğunu bildirib.
Bu missiya Rusiyanın elmi, tədqiqat və kommersiya peyklərini əhatə edən çoxsaylı buraxılış proqramının bir hissəsidir.
Elmin Alışov