Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyanın qəzaya uğrayan təyyarəsində bu ölkənin də vətəndaşı olub - Rəsmi
dünya

Rusiyanın qəzaya uğrayan təyyarəsində bu ölkənin də vətəndaşı olub - Rəsmi

25-07-2025 11:00 64 Baxış
IMG

Rusiyanın Amur vilayətində "An-24" təyyarəsinin qəzaya uğraması nəticəsində Belarus vətəndaşı ölüb.

Tvit.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Rusiyanın Amur vilayətində baş vermiş təyyarə qəzası nəticəsində Belarus vətəndaşının öldüyünü təsdiq etmək üçün təəssüflənirik. Vladiqafqazdakı Baş Konsulluq səlahiyyətli orqanlarla daim əlaqə saxlayır. Diplomatlar Belarus vətəndaşının ailəsi ilə də əlaqə saxlayır, lazımi yardım göstərilir", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, dünən qəzaya uğrayan təyyarənin göyərtəsindəki 49 nəfərin hamsı həlak olub.

Aysel Şirinova