Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Dünyanın ən sıx məskunlaşdığı iki ölkə arasında viza sona çatır
dünya

Dünyanın ən sıx məskunlaşdığı iki ölkə arasında viza sona çatır

25-07-2025 08:00 37 Baxış
IMG

Dünyanın ən çox əhalisi olan Hindistan və Çin arasında diplomatik əlaqələr yeni dövrə qədəm qoyub. 


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki. Hindistan 5 illik fasilədən sonra Çin vətəndaşlarına turist vizalarının verilməsini bərpa edəcəyini açıqlayıb. 


Bu qərar iki qonşu arasında uzun müddətdir donmuş münasibətlərin əhəmiyyətli dərəcədə əriməsindən xəbər verir.


Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2020-ci ilin iyununda Ladaxın Qalvan vadisində baş verən ölümcül toqquşma nəticəsində dərindən gərginləşmişdi. Sərhəddə əlbəyaxa toqquşmada azı 20 Hindistan və dörd Çin əsgəri həlak olmuşdu.


Elmin Alışov