Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Sakinlər artıq həyət evləri seçərkən şəhərkənarı olmasına diqqət yetirirlər" - Əmlak ekspertindən açıqlama
sosial

"Sakinlər artıq həyət evləri seçərkən şəhərkənarı olmasına diqqət yetirirlər" - Əmlak ekspertindən açıqlama

24-07-2025 17:00 97 Baxış
IMG

Son illərdə daşınmaz əmlak alqı - satqısında insanlar həyət evlərində yaşama daha çox üstünlük verirlər. Bu seçim fərqli həyat tərzi, komfort səviyyəsi və sosial iqtisadi amillərlə bağlı olsa da, xərclər də burada əhəmiyyətli rol oynayır. Həyət evlərinin və bina evlərinin özünəməxsus saxlama xərcləri mövcuddur.

Mövzu ilə bağlı Tvit.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, həyət evinin və bina evinin xərcləri müxtəlif olması təbii haldır: “Əgər ev yeni tikili binadadırsa, burada komendant xərcləri ərsəyə gəlir. İstilik sisteminə əlavə xərc çıxır. Köhnə yaşayış binasında isə bu kimi xərclər yoxdur. Həmin mənzillərdə istilik sistemi dövlətdən alınır. İstismar xərcləri dövlətin qoyduğu tarif ilə çox minimal səviyyədədir. Mənzilin sahəsindən asılı olaraq yeni tikili binalarda və köhnə tikili binalarda xərclər buna uyğun olaraq dəyişir". 

Əmlak eksperti həyət evlərindəki xərclərdən danışaraq bildirib ki, həyət evlərinin də özünəməxsus saxlama xərcləri mövcuddur. Bu evlərin həyətyanı sahəsindən asılı olaraq müəyyən saxlama xərcləri var. Evin və həyətyanı sahənin ərazisi geniş olarsa saxlama xərcləri də çox olur. Həyətyanı sahənin suvarılması, baxılması, evin istilik və soyutma sisteminin xərcləri də fərqlidir.

Ekspert qeyd edir ki, binaları da seçən zaman vətəndaşlar əsasən əraziyə uyğun seçim edir:

 “Vətəndaş harada yaşamaq istəyirsə ona uyğun seçim edir, fərdi evə üstünlük verənlər əsasən şəhərin kənar ərazilərində yaşamağı seçən şəxslərdir”.

Aysel Şirinova