Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna korrupsiyalaşmış ölkə olarsa, Aİ-yə daxil ola bilməyəcək - Polşa XİN
dünya

Ukrayna korrupsiyalaşmış ölkə olarsa, Aİ-yə daxil ola bilməyəcək - Polşa XİN

23-07-2025 22:00 40 Baxış
IMG

Ukrayna korrupsiyalaşmış ölkə olarsa, Avropa İttifaqına (Aİ) üzv olmaq iddiasında ola bilməz.

Tvit.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "TVP World" telekanalına müsahibəsində bildirib.

“Ukraynanın həm Aİ, həm də üzv ölkələr və onların cəmiyyətləri tərəfindən dəstəyi itirməsinin ən sürətli yolu korrupsiyanın hökm sürdüyü pis günlərə qayıtmaqdır. Korrupsiyalaşmış ölkə kimi Ukrayna Aİ-yə qəbul olunmayacaq”, — deyə Sikorski açıqlayıb.

Aysel Şirinova