Fransa prezidenti Emanuel Makron həyat yoldaşı barədə yazan jurnalisti məhkəməyə verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, sözügedən jurnalist yazısında "Fransanın birinci xanımı əslində kişidir" deyib. Bundan sonra prezident və həyat yoldaşı Brigitte ABŞ-nin Delaver ştatının məhkəməsində jurnalist Candace Owens-a qarşı məhkəmə iddiası qaldırıblar.
Bildirilib ki, çərşənbə günü Delaver ştatında verilmiş 218 səhifəlik iddia ərizəsində Ouens ‘məntiqsiz, böhtan xarakterli və uydurma iddialar’ dərc etməkdə ittiham olunur.
Aysel Şirinova