Rusiya pivə istehsalına görə dünyada 5-ci yerdə olub.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Rusiyada pivə istehsalı təxminən 9% artaraq 9,1 milyard litrə çatıb. Almaniyada isə bu göstərici 1% azalaraq 8,4 milyard litr olub.
İlk dörd yeri Çin Xalq Respublikası, ABŞ, Braziliya və Meksika tutur.
Çin Xalq Respublikası iyun ayında Rusiyaya 4,9 milyon litr pivə ixrac edib ki, bu da ikitərəfli ticarət tarixində yeni maksimum göstəricidir.
Aysel Şirinova