Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya O günahkar idi - Trampdan Obamaya
dünya

O günahkar idi - Trampdan Obamaya

22-07-2025 21:00 26 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp, sələfi Barak Obamanın 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ kəşfiyyat məlumatlarını manipulyasiya etdiyini və bu məsələ ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin araşdırma aparmalı olduğunu bildirib. Tvit.az xəbər verir ki, bu bəyanatı Tramp, Filippin prezidenti Ferdinand Markosla keçirdiyi və Ağ Ev tərəfindən yayımlanan görüşdə səsləndirib.

“O dəstənin başçısı prezident Obama idi. Barak Hüseyn Obama, tanıyırsınız? O, günahkardır. Bu dövlətə xəyanət idi. Onlar seçkiləri oğurlamağa çalışdılar”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbardın əlində, Obamanın administrasiyasının 2016-cı il seçkilərinə müdaxilə məqsədilə qurduğu “sui-qəsd”i sübut edən minlərlə sənəd var.

Aysel Şirinova