İsrailin xarici işlər naziri Gideon Saar Kiyevə gedib.
Tvit.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Səfər, Saarın sələfi, hazırkı energetika naziri Eli Koenin ölkəyə səfər etdiyi 2023-cü ilin fevralından bəri İsrail rəsmisinin Ukraynaya ən yüksək səviyyəli səfəridir ”, - nəşr yazıb.
Səfər zamanı İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski , Ukraynanın xarici işlər naziri Andriy Sibiha , eləcə də Ukrayna yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
Aysel Şirinova