Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Biz bu vəziyyəti düzəltdik" - Tramp
dünya

"Biz bu vəziyyəti düzəltdik" - Tramp

22-07-2025 21:00 26 Baxış
IMG

Filippin hökuməti bir müddət Çinlə yaxınlaşmağa çalışsa da, ABŞ-ın yeni administrasiyası bu vəziyyəti düzəltdi.

 Tvit.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp Ağ Evdə filippinli həmkarı Ferdinand Markos ilə görüşdə səsləndirib.

"Ölkə, bəlkə də, Çinin tərəfinə meyl edirdi, amma biz bu vəziyyəti çox tez düzəltdik. Bilirsiniz, ölkəniz bir müddət Çin Xalq Respublikasına doğru yönəlmişdi və məncə, bu sizin üçün yaxşı olmazdı. Siz Çinlə münasibət qurmalı idiniz, bu təbiidir. Amma mən prezident seçiləndə hər şey dəyişdi və onlar dərhal bizə geri döndülər", – deyə ABŞ prezidenti bildirib.

Aysel Şirinova