Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Taliban Almaniyaya nümayəndə göndərəcək - Səbəb
dünya

Taliban Almaniyaya nümayəndə göndərəcək - Səbəb

21-07-2025 21:00 30 Baxış
IMG

Taliban nümayəndələri Almaniyaya gələcək və əfqanların deportasiyasına yardım edəcəklər.

Tvit.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

“Deportasiya uğurla həyata keçirildi. Qətər hökuməti texniki səviyyədə vasitəçilikdə yardım göstərdi. İki nəfərdən ibarət Əfqanıstan administrasiyasının nümayəndələrinin buradakı konsulluq xidmətinə daxil edilməsi razılaşdırıldı”, – deyə Korneliusun vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlar gələcəkdə Əfqanıstan vətəndaşlarının deportasiyasının təşkili zamanı Almaniya hakimiyyətinə dəstək verəcəklər.

Aysel Şirinova