Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ sanskiyaları acınacaqlı vəziyyəti daha da psiləşdirəcək
dünya

Aİ sanskiyaları acınacaqlı vəziyyəti daha da psiləşdirəcək

18-07-2025 22:00 32 Baxış
IMG

Yeni və "zorla qəbul edilmiş" Aİ sanksiyaları Avropa iqtisadiyyatının onsuz da acınacaqlı vəziyyətini daha da pisləşdirəcək.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Avropa İttifaqı yanındakı daimi nümayəndəliyi bildirib.

"Üçüncü ölkələrdən Rusiya neftindən hazırlanmış neft məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlər qaçılmaz olaraq Aİ bazarında yanacaq qiymətlərinin artmasına gətirib çıxaracaq. Halbuki vaxtilə 'Şimal axını' layihələrinin reallaşdırılması üçün vəsaiti Aİ şirkətləri ayırmışdılar", –  o, vurğulayıb.

Bundan əvvəl Aİ Şurası Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu pakete "Şimal axını"na qarşı məhdudiyyətlər, neft daşıyan 100-dən çox tankerin qara siyahıya salınması, bank sektoruna qarşı sanksiyalar, mallar və texnologiyalar üzrə ixrac məhdudiyyətləri, eləcə də neftin qiymət tavanının aşağı salınması daxildir