Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bəzi ərazilərdə qaz olmayacaq
sosial

Bəzi ərazilərdə qaz olmayacaq

17-07-2025 22:00 28 Baxış
IMG

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar" QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 18-i saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

 

Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.