Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "NATO-nun hədələri mənasızdır" - Braziliya XİN
dünya

"NATO-nun hədələri mənasızdır" - Braziliya XİN

17-07-2025 22:00 31 Baxış
IMG

Braziliya rəhbərliyi NATO baş katibi Mark Rüttenin ölkənin Rusiya ilə ticarət əlaqələrini gücləndirməsinə cavab olaraq mümkün sanksiyalarla bağlı bəyanatlarını mənasız və yerinə düşməz hesab edir.

Tvit.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieyra məlumat verib.

“NATO baş katibinin şərhləri tamamilə yerində deyil. Əvvəla, ona görə ki, NATO hərbi alyansdır və bu blok ticarət sazişləri üzrə danışıqlar aparmır. İkincisi, Braziliya NATO-nun üzvü deyil. Braziliya, digər ölkələr kimi, ticarət məsələlərini ikitərəfli əsasda və ya ÜTT çərçivəsində həyata keçirir. Odur ki, bu cəfəngiyyatdır, onların heç bir məntiqi yoxdur – deyə o, telekanalına verdiyi müsahibədə bildirib.

Aysel Şirinova