Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Trampın səhhətində problem - Bu diaqnoz qoyuldu
dünya

Trampın səhhətində problem - Bu diaqnoz qoyuldu

17-07-2025 22:00 36 Baxış
IMG

ABŞ prezidenti Donald Trampda  xroniki venoz çatışmazlıq aşkarlanıb.

Tvit.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata əsasən, prezidentə qoyulan diaqnozun 70 yaşdan yuxarı insanlarda geniş yayılmış hal olduğu deyilib.

"Vacib qeyddir ki, dərin ven trombozu və ya arterial xəstəliklərə dair heç bir əlamət aşkarlanmayıb,” – deyə Ağ Evin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, laborator analizlər və kardioloji testlər normal nəticələr göstərib. Livitt eyni zamanda Trampın əlində görünən göyərmələrlə bağlı da danışıb:

“Əlin üst hissəsindəki yüngül göyərmələr tez-tez əl sıxma və aspirin qəbulu ilə bağlıdır. Bu, aspirin terapiyasının tanınmış və zərərsiz yan təsiridir.”

Aysel Şirinova