Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Britaniya ABŞ-nin Ukraynaya silah tədarükü sxemində iştirak edəcək - Nazir
dünya

Britaniya ABŞ-nin Ukraynaya silah tədarükü sxemində iştirak edəcək - Nazir

17-07-2025 21:00 64 Baxış
IMG

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın Ukraynaya NATO müttəfiqləri vasitəsilə silah tədarükü planında iştirak etməyə hazırlaşır.

Tvit.az xəbər verir ki, Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili parlamentdə çıxışı zamanı bildirib.

“Böyük Britaniya bu planı dəstəkləyir və biz onun həyata keçirilməsində tam şəkildə iştirak etməyi planlaşdırırıq”, - deyə o bildirib.

Nazir əlavə edib ki, bu məsələ Ukraynaya yardım üzrə əlaqələndirmə qrupunun növbəti iclasında müzakirə olunacaq.

Aysel Şirinova