İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasındakı Sundhnukagigar kraterlərində yeni vulkan püskürməsi 2023-cü ilin dekabrından bu yana ölkədə qeydə alınan doqquzuncu vulkanik hadisədir.
Tvit.az xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İnstitutu məlumat yayıb.
Püskürmənin hava nəqliyyatına təsir etmədiyi bildirilir, lakin səlahiyyətlilər ərazidə havanın keyfiyyəti ilə bağlı ehtiyatlı olmağa çağırıblar.
Elmin Alışov