“Suriya bu gün hava hücumları və koordinasiyalı hücumlar vasitəsilə həyata keçirilmiş xain İsrail təcavüzünü qəti şəkildə pisləyir”
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, İsrailin hücumları açıq şəkildə milli sabitliyi sarsıtmaq və Suriyanın birliyinə zərbə vurmaq məqsədi daşıyıb.
Həmçinin qeyd edilib ki, Suriya bu təcavüzə və onun nəticələrinə görə tam məsuliyyəti İsrail tərəfinin üzərinə qoyur və BMT-ni, Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti öz hüquqi və humanitar öhdəliklərini yerinə yetirməyə çağırır.
Aysel Şirinova