Vaşinqton administrasiyası Suriyaya tətbiq edilmiş bəzi sanksiyaların ləğvi istiqamətində işləmək niyyətindədir.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-də daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts bəyan edib.
“İllər ərzində İranın təsirinə qarşı və Suriya prezidenti Bəşər Əsədin rejiminə qarşı yönəlmiş çoxpilləli sanksiyalar tətbiq olunub. Regionda bir çoxlarının gözlədiyi imkanları həyata keçirmək üçün ləğv olunmalı olan bir sıra sanksiyalar mövcuddur", - deyə Uolts Suriyadan danışarkən ABŞ Konqresinin Senatındakı Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Söhbətin hansı məhdudiyyətlərdən getdiyi barədə isə məlumat verilməyib.
Aysel Şirinova