Gümüşün qiyməti son 14 ilin ən yüksək səviyyəsinə yaxınlaşaraq $39/unsiya həddini keçib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, gümüşün spot qiyməti 1,9% artaraq $39-u keçib.
İnvestorların rekord həddə çatan qızıl qiymətləri fonunda alternativ sərmayə vasitəsi axtarması gümüşə marağı artırıb. Bu marağın artması isə fiziki bazarda ciddi təzyiqlərə səbəb olub.