Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərildi
sosial

Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərildi

11-07-2025 19:00 20 Baxış
IMG

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvlərinin səfəri zamanı ilk dəfə Laçından xaricə poçt vasitəsilə məktub göndərilib.

 

Tvit.az xəbər verir ki, Laçın şəhərinin poçt mərkəzindən səyyah Devid Cozef Langan tərəfindən İrlandiyanın Dublin şəhərinə məktub ünvanlanıb.


Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Beynəlxalq səyyahların səfəri işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.