ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iyulun 14-də Kiyevə gedəcəyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, onun səfəri bir həftə davam edəcək.
Qeyd edək ki, xüsusi nümayəndə sonuncu dəfə fevralda Kiyevə səfər edib.
İyulun 9-da Kelloq Romada keçirilən konfrans çərçivəsində Vladimir Zelenski ilə görüşüb və o, Ukraynaya silah təchizatı və hava hücumundan müdafiə sistemləri məsələsini qaldırıb.
Aysel Şirinova