Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Lavrov bunu ikiüzlülük adlandırdı
dünya

Lavrov bunu ikiüzlülük adlandırdı

11-07-2025 11:00 18 Baxış
IMG
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda ASEAN tədbirlərində iştirakından sonra keçirilən mətbuat konfransında Qərb ölkələrinin Tayvan məsələsində status-kvonun saxlanması ilə bağlı bəyanatlarını ikiüzlülük adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bu, ikiüzlülükdür, bu problemlə və Qərbin hazırda Tayvanla münasibətlərində necə davrandığına azacıq da olsa bələd olan hər kəs üçün aydındır”, - o qeyd edib.
 Lavrov ÇXR-in Tayvanla bağlı verdiyi çoxsaylı bəyanatları, yəni bu problemin vahid Çin dövləti konsepsiyası əsasında həllinin vacibliyini xatırladıb.
 
Aysel Şirinova