Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanı ilə bağlı apellyasiya müraciətlərinə start verilib.
Bu barədə "Tvit.az"a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.