Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə 4 saat işıq olmayacaq
sosial

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə 4 saat işıq olmayacaq

09-07-2025 22:00 32 Baxış
IMG

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilir ki, bununla əlaqədar olaraq, saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.